Parisdə beynəlxalq jazz festivalında Azərbaycanı “Cəngi” ansamblı təmsil edəcək


Digərləri 17 Okt 2017 04:56:10 170 0

Parisdə beynəlxalq jazz festivalında Azərbaycanı “Cəngi” ansamblı təmsil edəcək

Proqrama ənənəvi milli janrlara məxsus musiqilər də daxil edilib

Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Parisdə “Cəngi” etno-caz ansamblı fransız musiqisevərlərin qonağı olacaq.

"Report"un Fransa bürosu məlumat verir ki, respublikanın əməkdar artisti Mircavad Cəfərovun rəhbərlik etdiyi “Cəngi” ansamblı paytaxt Parisdə, 29 noyabrda mədəni rəngarənglik jazz festivalında Azərbaycanı təmsil edəcək.

“Cəngi” ansamblının ifasında səslənəcək caz musiqisi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən muğam musiqisi ilə cazın sintezindən ibarət olacaq. Proqrama ənənəvi milli janrlara məxsus musiqilər də daxil edilib.

Udda Mircavad Cəfərov, pianoda Vasif Hüseynli, tarda İskəndər Ələskərov, nağarada Ruslan Hüseynov ifa edəcəklər.

Vüsalə İsmətqızı