Yəməndə ABŞ-ın hava zərbələri nəticəsində onlarla yaraqlı məhv edilib


Digərləri 17 Okt 2017 04:34:46 246 0

Yəməndə ABŞ-ın hava zərbələri nəticəsində onlarla yaraqlı məhv edilib

Yəməndə ABŞ Hərbi Hava Qüvvələrinin hava zərbələri nəticəsində "İslam dövləti" terror qruplaşmasının onlarla yaraqlısı məhv edilib

Bakı. Yəməndə ABŞ Hərbi Hava Qüvvələrinin hava zərbələri nəticəsində "İslam dövləti" terror qruplaşmasının onlarla yaraqlısı məhv edilib. Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu haqda ABŞ müdafiə nazirliyinin bəyanatında deyilir. Məlumata görə, zərbələr 2 təlim düşərgələrinə endirilib. Nəticədə yeni yaraqlılarının hazırlanması cəhdlərinin qarşısını alınıb.