Tramp Obamanın səhiyyə ilə bağlı qanununun ləğv edildiyini bildirib


Dünya 16 Okt 2017 22:23:20 288 0

Tramp Obamanın səhiyyə ilə bağlı qanununun ləğv edildiyini bildirib

"Daha "Obamacare" kimi şeylər yoxdur", - deyə Ağ Ev rəhbəri bildirib

ABŞ prezidenti Tramp keçmiş dövlət başçısı Barak Obamanın səhiyyə ilə bağlı qanunu "Obamacare"nin ləğv edildiyini bildirib.

"Report" xəbər verir ki, bu barədə "NBC" məlumat yayıb.

Bildirilir ki, Ağ Ev rəhbəri bu açıqlamanı jurnalistlər qarşısında çıxışında verib.

"Obamacare" proqramı başa çatıb, o ölüb, yoxdur. Daha "Obamacare" kimi şeylər yoxdur", - deyə o bildirib.