Yol polisi defisi silinən nömrələri belə standart vəziyyətə gətirir VİDEO


Digərləri 16 Okt 2017 22:10:00 326 0

Yol polisi defisi silinən nömrələri belə standart vəziyyətə gətirir  VİDEO

Artıq bir neçə gündür yol polisi standartlara cavab verməyən nömrələrin bərpası işinə başlayıb.

Avtomobilin nömrəsində defis işarəsi silinən sürücülər istənilən yol polis postuna yaxınlaşaraq, 2-3 dəqiqə müddətində nömrəsində olan qüsuru aradan qaldıra bilər.

Son.az bildirir ki, dövlət nömrə nişanı açılmadan 2-3 dəqiqəyə standarta uyğunlaşdırılır.

Görüntülər Bakı-Sumqayıt yolunun Baş Dövlət Yol Polis İdarəsinin ''Saray'' postundandır.

Baş Dövlət Yol Polis İdarəsinin müvafiq göstərişi ilə stasionar postda yol polisi avtomobilinin nömrəsində defisi silinən sürücüləri saxladır. Onlara əvvəlcə məsələ ilə bağlı məlumat verilir, daha sonra nömrənin defisi normal hala salınır. Dövlət nömrə nişanında qüsur olan sürücülərin böyük əksəriyyəti isə bundan xəbərsiz olduqlarını deyirlər.