Maltada jurnalist avtomobil partlayışı nəticəsində ölüb


Dünya 16 Okt 2017 21:57:47 333 0

Maltada jurnalist avtomobil partlayışı nəticəsində ölüb

O, məqalələrində hökumət üzvlərini tənqid edərək, onları korrupsiyada ittiham edib

Matlada jurnalist Dafne Karuana Qalitsiya avtomobil partlayışı nəticəsində ölüb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, jurnalist korrupsiya ilə bağlı tədqiqatla məşğul olub. 

O, məqalələrində hökumət üzvlərini tənqid edib, onları korrupsiyada ittiham edib. 

Hadisə ilə bağlı istintaq aparılır. Yaxın vaxtlarda hüquq-mühafizə orqanları cinayətin gedişi barədə məlumat verəcək.