ABŞda Azərbaycana qarşı dinləmələr: Ermənipərəst Smit məruzəçiləri niyə gizlədir? VİDEO


Siyasət 16 Okt 2017 21:48:00 378 0

ABŞda Azərbaycana qarşı dinləmələr: Ermənipərəst Smit məruzəçiləri niyə gizlədir?  VİDEO

İki gün sonra Helsinki Komissiyası daha bir qərəzli, ermənipərəst dinləmə keçirəcək. Prosses ABŞ-da Azərbaycana qarşı cərəyan etsə də, bu dinləmələrdə məruzəçi kimi çıxış edən ekspertlər ya erməni, ya da ermənipərəstlərdir.

Son.az bildirir ki, dinləmələrin əsas fiquru olan konqresmen Kristofer Smitin tərcümeyi-halına və kimlərlə dostluq əlaqələri qurduğuna nəzər salsaq, deyilənlər daha aşkar şəkildə görünəcək. Kristofer Smit ABŞ-ın "erməni soyqırımı"nın tanınması ilə bağlı ən çox fəallıq göstərən konqresmendir, həmçinin Ermənistan üzrə işçi qrupunun üzvüdür.

Bu yerdə xatırlatmaq yerinə düşər ki, ABŞ-da erməni lobbisi tərəfindən yaradılmış güclü maliyyə mənbələrinə malik bir çox qurumlar fəaliyyət göstərir. Bu qurumlar konqresə onların işinə yarayacaq senatorların seçilməsinə, lazımi qərarların, qətnamələrin qəbul edilməsi məqsədilə böyük maliyyə vəsaitləri ayırırlar. Sözsüz ki, Kristofer Smit də öz himayədarlarına borclu qalmır və uzun illərdir ki, erməni lobbisinə xidmət göstərir. Smitin eyni zamanda Amerikanın Erməni Milli Komitəsinin radikal qanadının fəalı Aram Hamparyanla da şəxsi əlaqələri var. Onlar tez-tez görüşərək bir sıra məsələləri müzakirə edir, hətta bu görüşdən çəkdırdıklərı fotoları da paylasmaqdan cekınmırlər.

Bir müddət öncə Smit, azərbaycanlı məmurlara qarşı sanksiya tətbiq edilməsınə cagırırdı. Mahiyyət məlumdur, Azərbaycanın başı özünə qarışsın və Dağlıq Qarabağ məsələsi yaddan çıxsın. Adətən beynəlxalq təşkilatlarda hansısa bir məsələ qoyulanda əgər həmin müzakirələrə rəhbərlik edəcək şəxs tərəflərdən biri ilə yaxındırsa, onda obyektivlik naminə onu prosesdən uzaqlaşdırırlar. Ancaq Dağlıq Qarabağ kimi həssas bir məsələdə avropalılar bu adi ədalət prinsipini kobud şəkildə pozublar. Çünki dinləmələrə rəhbəlik edəcək şəxslər nəinki ermənilərlə tərəf olurlar, hətta onlar açıq şəkildə ermənilərlə iç-içə, eyni cəbhədə olduqlarını nümayiş etdirirlər. Lakin onların ədalətli olmağına heç bir şübhə olmur. Eyni situasiyada Azərbaycanı müdafiə edən ayrı-ayrı konqresmenlər, spikerlər isə satın alınmaqda günahlandırılaraq prossesdən uzaqlaşdırılır.

Ermənistan kimi işğalçı və iqtisadiyyatı tənəzzülə uğramış bir dövlətə hər vəchlə yardım etmək məqsədi güdən bir qurumun tutduğu yol aydındır. Görünən odur ki, aprel döyüşlərinin nəticələri və Azərbaycanın öz ərazi bütövlüyünü istənilən yola bərpa etmək gücündə olması faktı, müəyyən dairələri ciddi narahat edir və onlar cıxıs yolunu rəsmı Bakının başını qatmaqda gorurlər. Lakin bu cur dınləmələr və orada səsləndırılən fıkırlər nə cəbhədəkı quvvələr nisbətini, nə də ki, Azərbaycanın Alı Bas Komandanın iradəsınə təsır edəcək quvvədədır. /xezerxeber.az

Videonu izləmək üçün şəklə klikləyin: