Somalidə törədilmiş terror aktında ölənlərin sayı 300-ü keçib


Dünya 16 Okt 2017 21:30:43 289 0

Somalidə törədilmiş terror aktında ölənlərin sayı 300-ü keçib

Xəsarət almış 70 nəfər müalicə olunmaq üçün Türkiyəyə gətirilib

Somalinin paytaxtında törədilmiş terror aktında ölənlərin sayı 300-ü keçib.

"Report" xəbər ki, bu barədə "Associated Press" təcili yardım xidmətinin direktoru Əbdülqadir Adama istinadən məlumat yayıb.

O, ölənlərin sayının artacağını istisna etməyib.

Qeyd edilir ki, terror aktında xəsarət almış 70 nəfər kritik vəziyyətdə müalicə olunmaq üçün Türkiyəyə gətirilib.

Xatırladaq ki, hadisə oktyabrın 14-də baş verib. İçi partlayıcı maddə ilə dolu olan yük avtomobili Moqadişonun isdihamlı küçələrindən birində, "Safari" mehmanxanasının girişində partlayıb.