"Nə alçaq ərin var!" azərbaycanlı aktrisaya küçədə şok yaşatdılar FOTO


Kriminal 16 Okt 2017 21:09:00 434 0

"Nə alçaq ərin var!"  azərbaycanlı aktrisaya küçədə şok yaşatdılar  FOTO

Aktrisa Ruhiyyə Həsənova "Laləli saray" serialındakı roluna görə ən çox tənqid olunan aktrisalar sırasındadır. Aktrisa Son.az-a tamaşaçıların ona olan nifrətindən danışıb.

"Tamaşaçılar "Laləli saray" serialında oynadığım Aygün roluna görə mənə sözün əsl mənasında düşmən kəsiliblər, mənə nifrət edirlər. Qarğış edən kim, tənqid edən kim. Yazırlar ki, bu Aygünün başından güllə əksikdir. Biri o gün yolda məni saxlayıb deyir ki, nə alçaq ərin var! Dedim ki, hansını deyirsiniz? (gülür). Deyirlər ki, çıx get o evdən. Bütün bu tənqidləri normal qəbul edirəm. Çünki həyatda hamı mənim necə biri olduğumu bilir. Əgər tamaşaçıya təsir etmişəmsə, deməli pis deyil", - deyə aktrisa bildirib.


Xəbərə aid fotolar