Xalq artistindən həyat yoldaşına jest: "İllərdir bunu arzulayırdım, amma..." FOTO


Kriminal 16 Okt 2017 21:03:00 409 0

Xalq artistindən həyat yoldaşına jest: "İllərdir bunu arzulayırdım, amma..."  FOTO

“Sevinirəm ki, ona doğru gedirəm”

Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisası Mehriban Abdullayeva yeni tamaşanın məşqlərinə başlayıb. Maraqlısı burasındadır ki, aktrisa üçün mono tamaşaya həyat yoldaşı, xalq artisti Ağakişi Kazımov quruluş verir.

"Hazırladığımız əsərin adı "Zelda" (yazıçı Vilyam Lyus) idi, sadəcə biz qarşımıza qoyduğumuz fikri tamaşaçıya çatdırmaq üçün adını dəyişib "İstədiyim kimi yaşayıram" etdik. Tamaşa oktyabrın axırı, noyabrın əvvəlinə nəzərdə tutulub. Sadəcə teatrda iş çoxdur deyə ləngiyir. Ağakişi müəllimlə iş birliyimiz uzun illərə söykənir. Amma 10 ildən çoxdur ki, teatrdan uzaqlaşdırıldığından tamaşa hazırlamır. Belə bir mono tamaşa üzərində işləmək isə çoxdankı arzum idi. Sözün düzü, Ağakişi müəllimlə yenidən tamaşa üzərində işləmək həvəsi məni rahat qoymurdu, sevinirəm ki, ona doğru gedirəm. Bircə onu deyə bilərəm ki, bu yaşımda belə bir rol oynamaq çox məsuliyyətli, ağır və olduqca maraqlıdır. Rol həddən artıq gərgin, psixoloji, dramatikdir. Rejissorun həddindən artıq yüksək tələblərini, rolun özündən doğan o gərgin aləmi tamaşaçılara çatdıra bilsəm, inanın ki, özümü uğurlu bir işin öhdəsindən gəlmiş hesab edərəm. Özümə də, rejissoruma da, tamaşada bizə kömək edən hər kəsə uğurlar arzulayıram", - deyə aktrisa bildirib.

Qeyd edək ki, Ağakişi Kazımov Akademik Milli Dram və Gənc Tamaşaçılar Teatrında rejissor kimi fəaliyyət göstərib. O uzun illərdir ki, aktrisa Mehriban Abdullayeva ilə evlidir.


Xəbərə aid fotolar