ABŞ Müdafiə Nazirliyi İraq Silahlı Qüvvələrinin Kərkükə daxil olması ilə bağlı açıqlama verib


Dünya 16 Okt 2017 20:28:46 312 0

ABŞ Müdafiə Nazirliyi İraq Silahlı Qüvvələrinin Kərkükə daxil olması ilə bağlı açıqlama verib

"Amerikalı yüksək rütbəli hərbçilər İraq Silahlı Qüvvələrini və "peşmərgələr"i bir-birlərinə qarşı silah işlətməmək üçün təmkinli olmağa çağırıb"

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İraq Silahlı Qüvvələrinin Kərkükə daxil olması ilə bağlı açıqlama verib. 

"Report" "Haber7"yə istinadən xəbər verir ki, məlumatda ABŞ rəhbərliyi altındakı koalisiya qüvvələrinin Kərkük yaxınlığında olduğu bildirilib. 

Qeyd edilib ki, ABŞ hərbçiləri İraq Silahlı Qüvvələri ilə "peşmərgə" yaraqlıları arasında qarşıdurma zamanı şəhərdə olmayıblar. 

"Bölgədəki amerikalı yüksək rütbəli hərbçilər həm İraq Silahlı Qüvvələrini, həm də "peşmərgə" yaraqlılarını bir-birlərinə qarşı silah işlətməmək üçün təmkinli olmağa çağırıb. ABŞ hərbçilərinin Kərkük yaxınlığında olması heç bir qüvvəyə təhlükə yaratmır", - açıqlamada vurğulanıb.