"Dadaşovun 11 dostu" və ya "Maşın"ı udmağa daha çox kim şanslıdır?


Şou-biznes 16 Okt 2017 19:30:00 363 0

"Dadaşovun 11 dostu" və ya "Maşın"ı udmağa daha çox kim şanslıdır?

"Maşın" realiti-şousunda mübarizəni artıq  yalnız 11 nəfər davam edir. "Maşinistlərin" sayı əsl futbol komandasına bənzədiyi üçün istərdim oxucularımıza onların təqdimatını və qalib gəlmək şanslarını  da futbolsayağı bildirim.

Son.az atv.az-a istinadən ötən gecənin qəhrəmanları haqqında qisa məzmun təqdim edir:

Talıb Tale Talıb Taleni bu komandada "qapıcı" kimi görmək olar. Yəni, indiyədək o yalnız özünü arasıkəsilməyən zərbələrdən qorumaqla məşğul olub. Və, çox guman ki, Talıb hansısa bir "zərbənin" qarşısında aciz qalacaq. Amma "qol buraxmayıb", üçlüyə düşsə, fiziki baxımdan güclü olan qolkiper qalib gəlməlidir. Ona görə də qalib gəlmək şansları 50 faizdir.

Vüqar Əbdulov Çox gözəl oyun nümayış etdirir - əsl pleymeykerdi, oyunda adı çəkilməsə də belə, vəziyyəti  yaxşı idarə edə bilir. Müdafiə də olunur, vaxtı-vaxtında hücuma da qoşulur. Üçlüyə düşmək şansları 60 faiz, qalib gəlmək şansları isə 30 faizdir. Siqaretdən aslılıq öz sözünü deyə bilər.

Rauf Əhmədov Sırf müdafiəçidir, özü də sağda oynayıb, sol cinaha can atan. Hücum xəttində oynamaqsa, necə deyərlər, onluq deyil - bunu nə qədər istəsə belə. Çünki həlledici məqamlarda hətta boş qapıya qol vurmaq əvəzinə pas ötürür! Amma  oyunu "oxuya bildiyi" üçün qalib gəlmək şansları az da olsa var - 30 faiz.

İlkin Miskərli "Maşın" komandasının digər müdafiəçisi İlkin Miskərli hələ ki öz funksiyasını çox gözəl yerinə yetirir. Topsuz oynamağı bacarır, özünü çoxda yormadan rəqibin hücumlarının qarşısını məharətlə alır. Qalib gəlmək şansları 70-75 faizdir - yəni favoritlərdən biridir.

Elşad Xose "Maşın" yığmasının ikinci yarımmüdafiəçisi və komandanın kapitanı olmağa iddialı bir oyunçu. Üçlüyə düşmək şansları 90 faiz olsa da, qalib gəlmək şansı ondan üç dəfə azdır - fiziki durumu qənaətbəxş olmadığına görə.

Mehriban Xanlarova Komandanın hal-hazırkı  "kapitanı" və mərkəz hücumçusu. Daim rəqibin oyuncularını aldatmağa çalışır, gözəl ötürmələri ilə  "qruplaşma yoldaşlarını" zərbə mövqeyinə çıxardır. Onun əsas problemi isə hədindən artıq komanda yoldaşlarına təzyiq göstərməkdir. Buna baxmayaraq, üçlüyə düşmək va qalib qəlmək şansları  yüksəkdir - 60-70 faiz. Çünki çox iradəli və məqsədyönlü oyunçudur.