"Tottenham" "Marca" nəşrinə etiraz edib


İdman 16 Okt 2017 18:13:00 312 0

"Tottenham" "Marca" nəşrinə etiraz edib

"Tottenham" "Marca" nəşrinin klub barədə məqaləsinə reaksiya göstərib. Goal.az xəbər verir ki, idman nəşri London klubunun yəhudi köklərinə malik olduğunu qeyd etmişdi.

"135 illik tarixi ərzində onların yəhudi dəyərləri hiss olunub. "Tottenham"in əvvəldən yəhudi icması danılmaz əlaqəsi olub. İcmanın üzvləri burda direktor, məşqçi və futbolçu kimi çalışıblar. Klubun hazırki sahibləri Co Lyuis və Deniel Levi də milliyyətcə yəhudidir" - məqalədə deyilir.

"Tottenham" bu yazını yersiz adlandırıb.