Türkiyə İraqın şimalına hava məkanını bağlayır


Dünya 16 Okt 2017 18:02:00 353 0

Türkiyə İraqın şimalına hava məkanını bağlayır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının toplantısı başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, toplantı 1 saat 40 dəqiqə sürüb.

Toplantıda ölkədə fövqəladə vəziyyət rejiminin daha 3 ay uzadılması, İraqın şimalına Türkiyə Hava məkanının bağlanması, İraqın şimal bölgəsi ilə həmsərhəddə yerləşən İbrahim Halil buraxılış məntəqəsinin bağlanması hökumətə tövsiyə edilib.

Toplantıda Fətullahçı Terror Təşkilatı , PKK (onun Suriyadakı qolları "PYD" və "YPG"), İŞİD başda olmaqa bütün terror qruplaşmalarına qarşı mübarizə dəyərələndirilib.