Əfqanıstan prezidentinin Azərbaycana səfərinin hazırlılğı məsələsi Bakıda müzakirə olunub


Siyasət 16 Okt 2017 17:47:54 365 0

Əfqanıstan prezidentinin Azərbaycana səfərinin hazırlılğı məsələsi Bakıda müzakirə olunub

Səfir Məhəmməd Tağı Xəlili XİN başçısı müavini Araz Əzimov ilə görüş keçirib

Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Tağı Xəlili Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovla görüşüb.

Əfqanıstanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, görüşdə bu ilin dekabrında Bakıda keçiriləcək “Heart of Asia” (İstanbul Prossesi) tədbirinin 7ci Nazirlər Şurası iclası müzakirə olunub.

Görüşdə Əfqanıstan prezidenti Əşrəf Qaninin həmin tədbirdə iştirakı ilə əlaqədar Azərbaycana səfərinin təşkili, səfər çərçivəsində təhlükəsizlik, ticarət və iqtisadiyyat sahələrində imzalanacaq müqavilələr, həmçinin bağlı məsələlər haqqında danışılıb.

Qeyd edək ki, Heart of Asia” (İstanbul Prossesi) tədbirinin 7-ci Nazirlər Şurası iclası Bakıda dekabrın 15-də keçirilməsi planlaşdırılır.