Avtobusda qadın sərnişinin dodağından öpən kişi saxlanıldı VİDEO


Dünya 16 Okt 2017 17:46:00 306 0

Avtobusda qadın sərnişinin dodağından öpən kişi saxlanıldı  VİDEO

Türkiyənin Samsun şəhərində sərnişin avtobusunda yanında oturan qadına təcavüz edən şəxs saxlanılıb.

Son.az Haberler-ə istinadən xəbər verir ki, 33 yaşlı N.K. adlı qadının yanında oturan 43 yaşlı S.B. arasındakı dioloq həbslə bitib. İddiaya görə, N.K. sevgilisindən ayrıldığını danışarkən ağlamağa başlayıb. S.B.-nin da təsəlli verməyə çalışaraq N.K.-nı qucaqlayaraq dodağından öpdüyü iddia edilir.

N.K.-nin şikayətindən sonra S.B. Samsun təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılıb. Haqqındakı iddiaları qəbul etməyən S.B. bu gün Samsun Ədliyyəsinə gətirilərək ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Məhəmməd Vaqif