Prezident İlham Əliyevin İsveçrəyə səfəri başa çatıb


Siyasət 16 Okt 2017 16:47:26 318 0

Prezident İlham Əliyevin İsveçrəyə səfəri başa çatıb

Bu barədə Azərtac məlumat yayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsveçrə Konfederasiyasına səfəri başa çatıb.

“Report”un xəbərinə görə, bu barədə Azərtac məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə təşkil edilmiş görüşünə gedib. Oktyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan arasında görüş keçirilib. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi iştirak ediblər.