Azərbaycanda banklararası manat kreditləri ucuzlaşıb


İqtisadiyyat 16 Okt 2017 16:54:57 310 0

Azərbaycanda banklararası manat kreditləri ucuzlaşıb

Xarici valyutada kreditlər isə bahalaşıb

Bu ilin avqust ayında Azərbaycanda manatla banklararası kreditlər üzrə orta faiz dərəcəsi aşağı düşüb. Orta dərəcə manatla kreditlərdə illik 9,18%-dən 8,44%-ə enib.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.

Bu müddətdə xarici valyutada orta faiz dərəcəsi isə əksinə, yüksəlib və 9,73%-dən 9,76%-ə artıb.

Manatla kreditlərdə ən yüksək orta faiz dərəcəsi illik 20,62% olmaqla 30-90 günlük, ən aşağı isə illik 1,45% olmaqla 180-360 günlük kreditlərdə qeydə alınıb. Xarici valyutada kreditlərdə isə ən yüksək orta faiz illik 17,22% olmaqla 30-90 günlük, ən aşağı isə illik 1,19% olmaqla 30 günədək kreditlərdə olub.