Ağdaşda həmyerlisi ilə zarafat edən 55 yaşlı kişi bıçaqlanıb


Sosial 16 Okt 2017 16:21:58 284 0

Ağdaşda həmyerlisi ilə zarafat edən 55 yaşlı kişi bıçaqlanıb

Faktla bağlı araşdırmalara başlanılıb

Ağdaş rayonunda 55 yaşlı kişi həmyerlisi ilə zarafat etdiyi üçün bıçaqlanıb.

”Report”un Şirvan bürosu xəbər verir ki, Ağdaş şəhəri, M.Hüseynzadə küçəsində yaşayan, 1962-ci il təvəllüdlü Sahib Məhəmməd oğlu Məmmədov həmyerlisi tərəfindən bıçaqlanaraq ağır xəsarət alıb.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib və əməliyyat edilib. 

Hadisəni törədənin kimliyi müəyyənləşdirilir. 

Faktla bağlı araşdrma aparılır.