Prokuror sosial şəbəkədə mübahisə etdiyi gənci döyən şəxsə cəza istəyib


Sosial 16 Okt 2017 14:58:17 319 0

Prokuror sosial şəbəkədə mübahisə etdiyi gənci döyən şəxsə cəza istəyib

Məhkəmənin növbəti prosesi oktyabrın 18-nə təyin olunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Qorxmaz Sadıqovun cinayət işi üzrə məhkəmənin növbəti iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında Q.Sadıqovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti prosesi oktyabrın 18-nə təyin olunub.

Qeyd edək ki, 1996-cı il təvəllüdlü Sadıqov Qorxmaz Şahin oğlu sosial şəbəkədə mübahisə etdiyi Elnur Məmmədovu döyməkdə təqsirli bilinir.

O, Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərbə vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham olunur.