Nazirlik: Bu il 19 körpə Azərbaycan vətəndaşlarına övladlığa verilib


Sosial 16 Okt 2017 14:51:42 367 0

Nazirlik: Bu il 19 körpə Azərbaycan vətəndaşlarına övladlığa verilib

"Övladlığa körpə götürmək üçün 200 nəfər növbə gözləyir"

"Hazırda növbədə övladlığa körpə götürmək üçün müraciət edən 200 nəfər var".

Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, 2017-ci ilin 9 ayı ərzində 19 körpə Azərbaycan vətəndaşlarına övladlığa verilib: "2016-cı ildə isə övladlığa 36 körpə verilib. Övladlığa uşaq götürmək üçün müraciət edənlər cinsi ayrıseçkilik etmirlər".

Qeyd edək ki, 0-3 yaş arası uşaqların övladlığa verilməsinə Səhiyyə, 3-18 yaş arası Təhsil Nazirliyi, ölkələrarası övladlığa verilmə məsələsinə isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzarət edir.