Salyanda nöqsanlara görə işdən çıxarılan idarə rəisinin yerinə təyinat olub


Siyasət 16 Okt 2017 14:57:09 416 0

Salyanda nöqsanlara görə işdən çıxarılan idarə rəisinin yerinə təyinat olub

Bu vəzifə Komitə tərəfindən vakansiyaya çıxarılmışdı

Salyan rayonunda statistika idarəsinə yeni rəis təyinatı olub.

“Report”un Aran bürosu xəbər verir ki, Elnur Akif oğlu Hüseynov Salyan rayon statistika idarəsinin rəisi təyin edilib.

E.Hüseynov bu təyinata kimi rayonun Kürqaraqaşlı kənd ərazi nümayəndəliyinin müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, rayon statistika idarəsinin əvvəlki rəisi Nicat Əsgərov bir müddət əvvəl işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad olunmuşdu. Bu vəzifə Statistika Komitəsi tərəfindən vakansiyaya çıxarılmışdı.