Nazir: "Yeni peşə mərkəzlərin istifadəyə verilməsi vacibdir"


Digərləri 16 Okt 2017 14:55:19 299 0

Nazir: "Yeni peşə mərkəzlərin istifadəyə verilməsi vacibdir"

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində turizm, otelçilik, kənd təsərrüfatı və digər mühüm ixtisaslar üzrə kadr hazırlığı aparılacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov mərkəzin yeni binasının açılışı mərasimində çıxış edərkən deyib.

Nazir bildirib ki, təxminən 3 hektara yaxın ərazidə belə bir müasir mərkəzin yaradılması və istifadəyə verilməsi dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təhsil islahatlarının və ölkəmizin regional inkişaf layihələrinin daha bir göstəricidir.

M.Cabbarov peşə təhsilinin ölkənin sosial-iqtisadi inkişafına təkan verən aparıcı sahələrdən biri olduğunu qeyd edib.