Bakıda Salvador Dali hoqqası:


Digərləri 16 Okt 2017 14:48:00 313 0

Bakıda Salvador Dali hoqqası:

"VİP STYLE" özəl tibb mərkəzində Bakı sakini Səidə Əliyevanın üzünü kimyəvi dərmanlarla yandıraraq tanınmaz hala salıblar. 4 ay ərzində klinikanın prosedurlarından istifadə edən qadının üz dərisi tamamilə qaralıb və sağalması müşkülə çevrilib.

Son.az xəbər verir ki, bu şikayətlə virtualaz.org-un redaksiyasına paytaxtın tanınmış xəstəxanalarından birində baş mühasib işləyən Səidə Əliyeva müraciət edib. Şikayətçinin sözlərinə görə, bu müddət ərzində ona 3 min manatdan artıq müxtəlif kosmetik vasitələr aldırıblar. Əvəzində isə dərisində sağalması mümkün olmayan çox ciddi problemlər yaranıb.  

Səidə Əliyeva danışır ki, ilk  dəfə bu klinikaya 2017-ci ilin fevralında iş yoldaşı ilə birlikdə gedib. Klinikadan onun mobil telefonuna zəng edərək deyiblər ki, "VİP STYLE" MMC-dən nömrəsi  "kupona düşüb", ona görə də nömrə sahibini pulsuz kosmetik müayinə üçün klinikaya dəvət edirlər. Üstəlik bildiriblər ki, ilk prosedur pulsuzdur.

"Mənim nömrəmi onlara klinikada pulsuz prosedur keçən, lakin təklif etdikləri kosmetik vasitələri almağa imkanı olmayan tanışım vermişdi. Ona şərt qoyublar ki, əgər bizim satdığımız kosmetik vasitələri almırsansa, azı 15 tanışının nömrəsini verməlisən. Mən də fikirləşdim ki, əgər o gedibsə, mən də üzümün dərisini müayinə etdirə bilərəm. Elə ilk müayinədən proseduraya dəvət etdilər və bildirdilər ki, üzümün dərisində problem var. Mənə dedilər ki, üzümün dərisindəki bütün problemlər aradan qaldırılacaq, bütün lazımi prosedurlar həyata keçiriləcək", - deyə S. Əliyeva bildirir.

850 manatlıq "Salvador Dali kursu": başlayıb üzü qaralmağa

Razılaşdıqdan sonra S. Əliyeva ilə 850 manatlıq müqavilə bağlayıblar və o da deyilən məbləği dərhal ödəyib. Bundan sonra ona müalicə metodu və qəbul günləri təyin edilib. Beləliklə beş gündən bir klinikaya gedərək prosedurları qəbul edən şikayətçinin üzündə elə ilk həftənin tamamında qızartı və qaşınma əmələ gəlib.

"Əvvəlcə "Salvador Dali" kursu keçdilər. Sonra məni özünü həkim kimi təqdim edən Fidan adlı xanım müayinə etməyə başladı. O, mənə təklif etdi ki, üzümdəki qaralma və qaşınmanı aradan qaldırmaq üçün onların 2 min manat dəyərində olan kosmetikalarını almalıyam. Məni əmin etdi ki, həmin kosmetik vasitələr üzümdəki bütün problemləri aradan götürəcək. Guya bütün lazımi proseduralar aparılıb, artıq üzümün dərisi kösmetik vasitələrdən istifadəyə hazırdır. Onlara izah etdim ki, mənim dərim həssasdır, kosmetik vasitələrdən, özü də tez-tez istifadə zamanı problem yarana bilər. Ancaq heç bir müayinə aparmadan əmin etdilər ki, təklif edilən kosmetik vasitələr üzümün dərisinin sağalmasına kömək edəcək. Mən də razılaşıb təklif olunan kosmetik vasitələri aldım"-qadın danışır.

Əliyeva bir  müddətdən sonra görür  ki, sifətində əməlli-başlı qaralma baş verib. Təzədən həkimə müraciət edəndə resepti dəyişib yeni ona yeni dərmanlar yazıblar. Üstəlik bir aparat da veriblər  ki, evdə özü proseduru davam etdirsin. Qadın ona təklif olunan bütün dərmanlardan və prosedurlardan istifadə edib. Lakin üzünün dərisi sağalmaq əvəzinə daha da qaralmağa başlayıb.

"Salvador Dali-2" kursu: üzü daha da bərbad hala düşdü

Şikayətçinin sözlərinə görə, klinikada 4 aya yaxın prosedurlardan keçdikdən sonra üzündə ciddi problemlər əmələ gəlib. Artıq üz dərisinin rəngi o qədər qaralıb ki, onu kosmetik vasitələrlə də örtmək mümkün olmayıb. May ayında isə ona yenidən "Salvador Dali -2" kursu yazılıb. Ümumilikdə bu keyfiyyətsiz dərmanlara 3300 manat pul xərcləyib və əvəzində isə nəinki dərisi gözəlləşməyib, hətta üzü bərbad hala düşüb.

Əliyeva əvvəllər belə idi


Xəbərə aid fotolar