Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib FOTO
Siyasət 16 Okt 2017 14:31:00 384 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə təşkil edilmiş görüşünə gəlib.
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, oktyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.
Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi iştirak ediblər.
Mənbə: milli.az