Bakı metrosu haqqında maraqlı fakt


Digərləri 16 Okt 2017 14:21:00 306 0

Bakı metrosu haqqında maraqlı fakt

Bakıda əhalinin mütləq əksəriyyəti ictimai nəqliyyat kimi əsasən metrodan istifadə edir. Lakin çox az adam Bakı metrosunun tarixinə bələddir. Metromuzun tarixi özündə bir sıra maraqlı faktları gizlədir. Onlardan birini təqdim edirik.

Bakı metrosunda ilk qatar 1967-ci ilin 16 oktyabrında xəttə çıxıb. 3529-3530-3538 nömrəli 3 vaqondan ibarət olan qatar sınaq məqsədi daşıyırdı. Maşinist Nağı Nağıyev və köməkçisi Genadi Semyonovun idarə etdiyi qatar 05:05-də depodan çıxaraq bütün stansiyalarda ("Nəriman Nərimanov, "Gənclik, "28 May", "Sahil", "İçərişəhər") dayanmaqla "Bakı Soveti" stansiyasına doğru irəliləyib. Sınaq qatarının sürəti 15 km/saat olub. Qatar 28 aprel (indiki 28 may) stansiyasını keçdikdən sonra dayanıb. Araşdırma zamanı məlum olub ki,tuneldə çalışan işçilərdən kim isə hermetik qapı reduktorunun qapağını İMB yeşiynin üstünə qoyub. İşini başa vurduqdan sonra, qapağı yerinə bağlamağı unudub. Qatar həmin yerə yaxınlaşanda titrəmə nəticəsində qapaq yeşiyin üzərindən birinci vaqonun altına düşüb. Nəticədə qatar yoldan çıxıb. Həmin gün axşama kimi qəzanın nəticələri aradan qaldırılıb.

Sonrakı günlərdə bir neçə dəfə sınaq reysləri uğurla həyata keçirilib.