"Qarabağ"ın oyunu zamanı Olimpiya Stadionunun dayanacağı açıq olacaq


Digərləri 16 Okt 2017 14:24:49 298 0

"Qarabağ"ın oyunu zamanı Olimpiya Stadionunun dayanacağı açıq olacaq

Oktyabrın 18-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin III mərhələsi çərçivəsinndə "Qarabağ" İspaniya təmsilçisi "Atletiko"nu qəbul edəcək.

Bakı. Oktyabrın 18-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin III mərhələsi çərçivəsinndə "Qarabağ" İspaniya təmsilçisi "Atletiko"nu qəbul edəcək. Trend-in məlumatına görə, azarkeşlərin matça rahat gəliş-gedişini təmin etmək üçün Bakı Olimpiya Stadionunun ictimai dayanacağı azarkeşlərin xidmətində olacaq. Azarkeşlər avtodayanacaqdan qarşılaşmanın başlamasından 3 saat əvvəl - saat 17:00-dan etibarən istifadə edə bilərlər. Qeyd edək ki, bundan əvvəl "Qarabağ" - "Roma" oyununda ictimai dayanacaq bağlanmış, azarkeşlər stadiona Bakı Nəqliyyat Agentliyinin ayırdığı ekspress avtobuslarla aparılmışdı.