OPEC neftin ucuzlaşmasından 1 trln. dollar itirib


İqtisadiyyat 16 Okt 2017 14:12:37 365 0

OPEC neftin ucuzlaşmasından 1 trln. dollar itirib

Neft sektoruna investisiyalar 2 dəfə azalıb

OPEC ölkələri 2015-2016-cı illərdə dünya bazarında neft qiymətlərinin düşməsi səbəbindən toplam 1 trln. ABŞ dolları itirib. "Report" "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, bunu OPEC-in baş katibi Məhəmməd Barkindo "KOGS-2017" illik neft-qaz konfransında bildirib.

M.Barkindoya görə, OPEC ölkələri nəinki neft qiymətlərinin düşməsindən, o cümlədən neft sektoruna investisiyaların azalması səbənindən də itkilərə məruz qalıb. Belə ki, 2014-cü ildən etibarən neftin bir barelinin qiyməti 100 dollardan 2015-ci ilin fevralında 28 dollara, investisiyalar isə 2 dəfə azalma göstərib.

Neftin qyimətinin düşməsi iqtisadiyyatı neft ixracına əsaslanan bir çox ölkənin gəlirlərinin düşməsinə, nəticədə büdcə kəsirinin əmələ gəlməsinə səbəb olub. Vəziyyətin düzəlməsi üçün OPEC və digər neft hasil edən ölkələr hasilatın azaldılması ilə bağlı anlaşma imzalayıb.