"Qarabağ"dan tarixi qələbə


İdman 16 Okt 2017 14:03:00 308 0

"Qarabağ"dan tarixi qələbə

“Qarabağ” Azərbaycan çempionatlarında tarixi qələbəsini qazanıb. Goal.az xəbər verir ki, Ağdam təmsilçisi buna Topaz Premyer Liqasının VIII turunun “İnter”lə görüşündə nail olub. Səfərdə 2:0 hesabı ilə qalib gələn əyalət klubu ölkə birinciliklərində 400-cü qələbəsini bayram edib. Bu göstəricidə yalnız “Neftçi”dən geri qalıb, Azərbaycanda ikinci olan “Qarabağ” yubileyi 728-ci matçında yaşayıb. Bu, isə komandanın keçirdiyi oyunların təxminən 55 faizində qalib gəldiyi deməkdir. Bütün ölkə çempionatlarının iştirakçısı 400 qələbədən 243-nü evdə, 154-nü səfərdə, 3-nü neytral meydanda əldə edib.