Malayziyanın təyyarəsi geri qayıtdı - Səbəb?


Digərləri 16 Okt 2017 14:12:12 251 0

Malayziyanın təyyarəsi geri qayıtdı - Səbəb?

Malayziyanın “AirAsia” şirkətinə məxsus, Avstraliyanın Pert şəhərindən İndoneziyanın Denpasar şəhərinə uçuş həyata keçirən təyyarə hermetikliyin pozulması təhlükəsi ilə geri qayıdıb

Bakı. Malayziyanın “AirAsia” şirkətinə məxsus, Avstraliyanın Pert şəhərindən İndoneziyanın Denpasar şəhərinə uçuş həyata keçirən təyyarə hermetikliyin pozulması təhlükəsi ilə geri qayıdıb. Trend-in məlumatına görə, təyyarə havaya qalxdıqdan 25 dəqiqə sonra göyərtədə hermetikliyin pozulması barədə siqnal işə düşüb. Təyyarə eniş etdikdən sonra aparılan araşdırmalar siqnalın hansı səbəbdən işə düşdüyünü müəyyən edə bilməyib. Hadisə zamanı təyyarədə 151 sərnişin olub. Onlardan heç kim xəsarət almayıb.