"Xalq Bank" növbəti bölgə filialını açıb


Digərləri 16 Okt 2017 14:15:00 314 0

"Xalq Bank" növbəti bölgə filialını açıb

"Xalq Bank" növbəti bölgə filialını açıb.

Bakı. "Xalq Bank" növbəti bölgə filialını açıb. Bankdan Trend-ə verilən məlumata görə, 16 oktyabr 2017-ci il tarixindən etibarən ASC “Xalq” Bankının Göyçay şəhərində yeni filialı fəaliyyətə başlayıb. “Göyçay” filialı Bankın sayca iyirmi doqquzuncu, regionlarda fəaliyyət göstərən iyirmi birinci filialıdır. Yeni filial əhaliyə, sahibkarlara və bölgədə fəaliyyət göstərən müəssisələrə əmanətlər, müxtəlif növ kreditlər, valyuta-mübadilə, plastik kartlar, hesablaşma-kassa və təcili pul köçürmələri üzrə əməliyyatlar da daxil olmaqla tam spektr bank xidmətlərindən yararlanmaq imkanı verir. Filial, Göyçay şəh., H.Əliyev pr., 60 ünvanda yerləşir. Telefon: (02027) 4-62-06; Faks: (02027) 4-62-07. Filial şəbəkəsinin inkişafı Xalq Bankın inkişaf strategiyasının əsasını təşkil edən istiqamətlərdən biridir. Hazırda Bankın Bakıda və regionlarda 29 filialı fəaliyyət göstərir. Bank filial şəbəkəsinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.