Paytaxtda inzibati binada təmir aparan fəhlə liftin şaxtasına yıxılaraq ölüb


Digərləri 16 Okt 2017 14:00:00 262 0

Paytaxtda inzibati binada təmir aparan fəhlə liftin şaxtasına yıxılaraq ölüb

Paytaxtda inzibati binanın liftində təmir işləri aparan fəhlə liftin şaxtasına yıxılıb ölüb.

Bakı. Paytaxtda inzibati binanın liftində təmir işləri aparan fəhlə liftin şaxtasına yıxılıb ölüb. Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda inzibati binanın liftində təmir işləri aparan 1991-ci il təvəllüdlü Əhmədov Orxan Şəhrab oğlu liftin şaxtasına yıxılıb. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri O.Əhmədovun meyitini şaxtadan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.