Keçmiş baş prokuror: "Müşfiqin cinayət işində gördüm ki, Səməd Vurğun..." FOTO


Digərləri 16 Okt 2017 13:57:00 438 0

Keçmiş baş prokuror: "Müşfiqin cinayət işində gördüm ki, Səməd Vurğun..."  FOTO

Lent.az-ın budəfəki qonağı tanınmış ictimai-siyasi xadim, keçmiş baş prokuror İlyas İsmayılovdur.

Xatırladaq ki, layihədə ədəbiyyatdan kənar peşə sahibləri ilə ədəbiyyat haqqında söhbətlər aparılır. 

Son.az müsahibəni təqdim edir:

- İlyas bəy, gün ərzində mütaliəyə nə qədər vaxt ayırırsınız?

- Bilirsinizmi, onu mən planlaşdırmıram. Əlbəttə, gündəlik qəzetləri vərəqləyirəm. Əsas da Moskva qəzetləri: "Komsomolskaya pravda", "Arqumentı i faktı" və s. Sonra saytlara baxıram. Oxumağı çox sevirəm. Oxumasam dura bilmirəm. Bu mənim daxili tələbatımdır. Hər axşam da yatmazdan qabaq yerin içində kitab oxumaqdan ləzzət alıram.

- Necə kitablar oxuyursunuz?

- Əvvəllər bədii ədəbiyyata çox böyük marağım vardı. Çünki müsbət və mənfi obrazlar vasitəsilə bədii ədəbiyyat insanları tərbiyyə edir. Prokuror işlədiyim vaxtlarda tez-tez yazıçıları, şairləri prokurorluğa dəvət edirdim, sual verirdik onlara, cavab verirdilər, söhbətləşirdik. Nə məqsədlə edirdim bunu? Çünki prokuror işləyəndə həmişə cəmiyyətdə neqativ amillər axtarırsan. Mən həmişə istəmişəm ki, insan uşaq vaxtı oxuduğu kitablardakı müsbət obrazları unutmasın, peşəsindən asılı olmayaraq hər kəs insan olaraq qalsın. Vicdan borcunu bilsin, ədalət hissini itirməsin, cəmiyyət qarşısındakı borcundan xəbərdar olsun. Biz bunları uşaq vaxtından elə bədii ədəbiyyatdan öyrənirdik. Müəyyən dövrə keçəndən sonra həyat özü bədii ədəbiyyatı oxumağa olan vaxtı daraltdı. Mən sonralar tarixi, fəlsəfi, hüquqi kitablar, ictimai-siyasi hərəkata aid ədəbiyyat oxumağı sevdim. Amma bədii ədəbiyyatdan da ayrılmadım. Baxın, - göstərir. - stolumun üstündə də bədii ədəbiyyata aid kitablar var. Məsələn, dünyadan vaxtsız köçən şairimiz Şahmar Ələkbərzadənin kitabı. Çox talantlı adam idi. Mən ona valeh olmuşam. Elə şeyləri bədiiləşdirib ki, çətin onu başqa adamlar bacarsın.

- Hazırda onu oxuyursunuz?

- Mən planlı oxumuram. Müxtəlif kitabları eyni vaxtda oxuya bilirəm.

- İlyas bəy, Leninqradda təhsilinizi davam etdirmisiniz. Mənə elə gəlir ki, rus ədəbiyyatına bələd olarsınız.

- Müəyyən dərəcədə. Hamısını deyə bilmərəm. Vaxt var idi, görürdün bir əsər çox səs-küy yaradıb, sən də cərgədən geri qalmamaq üçün alıb oxuyurdun o kitabı. Sizə maraqlı bir şey deyim. Mən 1987-ci ildə prokuror işləyirdim, bir də gördüm, Çingiz Aytmatov mənə "Edam kötüyü" kitabını göndərib.

- Maraqlıdır...

- Hətta üstünə avtoqraf da yazıb: "Sizi xalq sevir, biz də belə oğulu ikiqat qiymətləndirməliyik".

- Sizi tanıyırdı? Tanışlığınız vardı yəni?

- Yox, tanışlığımız yoxdu. Mən də kitabı xeyli müddət özümdə saxladım, sonra ona məktubla cavab yazdım. O da mənə bu məzmunda teleqram göndərdi: "Ədəbiyyat haqqında dərin və qiymətli fikirləri ifadə edən məktubunuzu böyük həvəs və ləzzətlə oxudum. Sizə təşəkkür edirəm. Sizə hörmət bəsləyən Çingiz Aytmatov".

- Heç maraqlanmadınız ki, sizi hardan tanımışdı?

- Vallah, heç maraqlanmadım. Heç imkan da olmadı görüşməyə. Görünür, kimlərsə məni ona tərifləyib, o da götürüb kitabını hədiyyə göndərib. Çingiz Aytmatovla bircə dəfə rastlaşdıq. Beynəlxalq konfrasda. İkimiz də iştirak edirdik. Mən bir istədim yaxınlaşım özümü təqdim edim ki, filankəsəm. Ancaq sonra hansısa qüvvə məni saxladı.

- Hansı qüvvə idi o?

- Nə bilim, izah eləyə bilmirəm o qüvvəni. Adamlar da çox idi. Get özünü təqdim elə ki, mən filankəsəm. Nəsə alınmazdı.

- Sevdiyiniz yazıçıdır, ümumiyyətlə?

- Əlbəttə. Onun əsərləri zamanın sərhədindən çıxmışdı. Hər tərəfli insan idi. Təsəvvür eləyin, ixtisasca zooteknik olub və heyvanların psixologiyasını necə dərinliyinə qədər işləyib yaza bilirdi. "Gün var əsrə bərabər" də möhtəşəm əsərdir. "Cəmilə" povestini də bəyənirəm. İnsanın ancaq yaxşı xüsusiyyətlərini göstərərək tərbiyə eləmək olmaz. "Gün var əsrə bərabər"də var bu. Bir dəmiryolçunun ali təhsilli oğlu Almatıda işləyir. Gəlir ki, atasını dəfn eləsin. "Ana beyt" deyilən qəbiristanlıqda dəfn eləmək istəyəndə görürlər orda hərbi hissə yerləşir. Orda oğlana atasının bir dostu deyir ki, bu qəbiristanlıq bizim tariximizdir, indi onu sökürlər, insanın yaddaşını əlindən alanda necə məhv olursa, xalqı da məhv etmək üçün tarixini əlindən almaq lazımdır. Yəni cəmiyyətin nöqsanlarını da göstərmək gərəkdir. Ancaq yaxşını göstərmək olmaz.

- İlyas bəy, Tolstoyun "Dirilmə" romanını yəqin ki, oxumusunuz...

- Çoxdan oxumuşam.

- Tolstoy "Hərb və Sülh"də bütün xalqı, "Anne Karenina"da ailəni model olaraq götürür, "Dirilmə"də isə cəmiyyəti. Bürokratik sistemin məhv etdiyi həyatlar. Maslovanın məhkəməsində yüksək cəmiyyətin nümayəndəsi Nexlyudovun vicdanının oyanması səhnəsi. Onun qanunların qüsurlu olduğunu görməsi... Siz də prokuror işləmisiniz. Tolstoy haqqında düşüncələriniz maraqlıdır.

- Tolstoyu bir az oxumuşam. "Hərb və Sülh"ü də, "Anne Karenina"nı da, digər əsərlərini də. "Hərb və Sülh" çox böyük əsər olsa da çox qısa bir leytmotivi var onun. Pis insanlar daha tez birləşir. Ancaq müsbət adamlar birləşə bilmirlər, tək-tənha qalırlar. Psixoloji dərinliyə varsaq görərik ki, pis insanın fəaliyyətinin əsasında şər durur. Şər də həmişə fəaliyyətdədir. Yaxşı insanların fəaliyyətinin əsasında isə təvazökarlıq dayanır. Təvazökarlıq isə fəaliyyətsizdir.

- Sizcə, ədəbiyyat oxumaq bir insanı yaxşı insan eləyir?

- Əvvəla, insan öz-özünü tərbiyə etməlidir. Ədəbiyyat insana insan olduğunu xatırlatmaq üçündür. Sən ədəbiyyatı hansı tərəfdən oxuyursansa, sənə o tərəf təsir edir. Şərin yanındasansa sənə şər bulaşacaq, yox, xeyirin yanındasansa, o zaman işığa bürünəcəksən. İnsanın özündən çox şey asılıdır. Həmişə başqasının tərbiyə etdiyini deyirlər. Amma elə deyil, insan öz-özünü tərbiyə eləyir. Özünü tərbiyəni hər şeydən üstün tuturam. Məsələn, mən atamı heç görməmişəm. Atam milis idi, mən altı aylıq olanda qulluq vəzifəsinin icrası zamanı həlak olmuşdu. Bizim uşaqlıq dövrümüz müharibədən sonrakı dövrə düşdü. Çox acınacaqlı bir vəziyyətdə yaşayırdıq. Sonralar mən bir yazı yazdım: "İbn-Sina haqqında". Orda yazmışdım ki, müsəlmanlığı qəbul etmədən öncə bizim xalqın iki inancı olub: birincisi, həqiqətə, ədalətə söykənmək, ikincisi, dostluğa sədaqət və xəyanətə nifrət. Həyatımız nə qədər acınacaqlı olsa da, həqiqətə, ədalətə söykənmək, dostluğa sədaqət, xəyanətə nifrət bizi ayaqda saxlayacaq. Öz yazdığımdan bir şey oxuyacam sizə: "Haqqa, ədalətə və dostluğa sitayiş etmək xalqımızın həyat qanunu idi. Bəlkə əsrlər boyu hücumlara, təzyiqlərə məruz qalan, bütövlükdə məhv olmaq təhlükəsi ilə mütəmadi olaraq üzləşən xalqımızı ədalətə, haqqa söykənmək, dostluğa sədaqət qoruyub saxlamışdır. Bəlkə indiki acınacaqlı vəziyyətimizə də səbəb bu qanunları pozaraq Vətəni, xalqı unudub şəxsi maraqlara görə yalana, riyakarlığa, xəyanətə rəvac verməyimizdir. Bəlkə də..."

- Ədalət hissi. Tolstoyun "Dirilmə"sində də bu var, başqa əsərlərdə də. İnsanın əd


Xəbərə aid fotolar