Qaz, su və elektrik enerjisini talayanlara 7 ilədək həbs cəzası TƏKLİF
Digərləri 16 Okt 2017 13:29:00 324 0
Azərbaycanda təbii qazın, suyun, elektrik və istilik enerjisinin xüsusilə külli miqdarda talanmasına görə, yeni və daha uzun müddətli həbs cəzası tətbiq olunur.
Son.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin təklifi ilə bununla bağlı Cinayət Məcəlləsinin 189-1 (Təbii qazın, suyun, elektrik və istilik enerjisinin talanması) maddəsinə bənd əlavə edilir. Yeni bəndə görə, təbii qazın, suyun, elektrik və istilik enerjisinin xüsusilə külli miqdarda talamaya görə, 3 ildən 7 ilə qədər azadlıqdan məhrum etmə cəzası tətbiq olunacaq. Hazırda bu maddədə yalnız külli miqdarda talama sanksiyasında ən yüksək cəza 4 ilə qədər azadlıqdan məhrum etmədir. Layihə Milli Məclisin oktyabrın 20-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Mənbə: milli.az