Millimiz seçmə mərhələdə son oyununa çıxır


İdman 16 Okt 2017 13:12:00 326 0

Millimiz seçmə mərhələdə son oyununa çıxır

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində yığmamız bu gün son oyununu keçirəcək. Goal.az xəbər verir ki, futbolçularımız Bolqarıstanın Gorna Orechovitsa şəhərindəki "Lokomotiv" stadionunda Bolqarıstan yığması ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Avropa çempionatının seçmə mərhələsi

16 oktyabr

19:30. Bolqarıstan - Azərbaycan

Baş hakim: Barbeno Luca (San Marino)

Baş hakimin köməkçiləri: Gian Marco Ercolani (San Marino), İbrahim Çağlar Uyarcan (Türkiyə)

Dördüncü hakim: Halil Umut Meler  (Türkiyə)

UEFA nümayəndəsi: Yauheni Tratsiuk  (Belarus)

Hakim-inspektor: Dejan Filipovic  (Serbiya)