Anar Mədətov bıçaqlanma hadisəsindən danışdı: "Bu məsələ mənlik deyil"


Digərləri 16 Okt 2017 13:02:47 352 0

Anar Mədətov bıçaqlanma hadisəsindən danışdı: "Bu məsələ mənlik deyil"

Azərbaycan prezidentinin keçmiş mühafizəçisi Müşfiq Mədətovun bıçaqlandığını xəbər vermişdik.

İki gündür ölkə mətbuatının gündəmini zəbt edən şəxs Azərbaycan şou-biznesinin tanınmış prodüserlərindən olan Anar Mədətovun qardaşıdır.

Son.az xəbər verir ki, yenicag.az Anar Mədətovla əlaqə saxlayıb. O, saytımıza açıqlamasında xəbərə belə münasibət bildirib:

"Müşfiq mənim canım-qanımdır. Əlbəttə, bu məsələ məni də narahat edir. Şükür Allaha, əsas odur ki, salamatçılıqdır. Zərbə dərin olmayıb, həyatı üçün təhlükə yoxdur. Özü ilə görüşməmişəm. Xanımı ilə əlaqə saxlayıram. O da Müşfiqin hazırda yaxşı olduğunu deyir. Bıçaqlanma hadisəsinə gəlincə, bu, məsələ mənlik deyil, danışmaq istəmirəm".