Baş ağrıları, halsızlığa SON


Digərləri 16 Okt 2017 13:03:24 314 0

Baş ağrıları, halsızlığa SON

Sabahdan etibarən geomaqnit qasırğası səngiyəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.

Onun sözlərinə görə, təqribən 5 gündür ki, başlayan geomaqnit qasırğası hələ də aramsız olaraq davam edir və vaxtaşırı G1 və G2 kateqoriyalı səviyyələrə keçir.

Bu prosesin bu gün də davam etdiyini deyən E.Babayev deyib ki, buna səbəb Günəşdəki tac dəlilklərindən başlanğıcını götürən yüksək surətli Günəş plazma küləyidir:

"Maraqlıdır ki, hazırda Günəşin səthində bir dənə də olsa günəş ləkəsi müşahidə olunmur. Adətən bu ləkələr və onların yaxınlığında olan alışmalardan sonra bu cür mürəkkəb vəziyyət yaranarsa kosmik hava korlanırdı. Lakin bugünkü səbəb günəşin səthində orta ölçüyə malik tac dəliyindən əsən günəş plazma küləyidir. Həmin külək 5 gündür yer ətrafı fəzaya çatıb. Hazırda yer həmin küləyin ağuşundadır. Bu da geomaqnit qasırğasına səbəb olur".