SOCAR ötən ay büdcəyə 117 mln. manatdan artıq vəsait ödəyib


Digərləri 16 Okt 2017 12:43:23 285 0

SOCAR ötən ay büdcəyə 117 mln. manatdan artıq vəsait ödəyib

SOCAR ötən ay dövlət büdcəsinə 117 mln. manatdan artıq vəsait ödəyib.

Bakı. SOCAR ötən ay dövlət büdcəsinə 117 mln. manatdan artıq vəsait ödəyib. Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2017-ci ilin sentyabr ayında dövlət büdcəsinə 117 milyon 330 min manat vəsait ödənilib. Ümumiyyətlə, cari ilin yanvar-sentyabr aylarında büdcəyə 1 milyard 165 milyon 678 min manat vəsait ödənilib. Bu göstərici 2016-cı ilin müvafiq dövrünə nisbətən 140 milyon 833 min manat və ya 13,7 faiz çoxdur. Bundan əlavə, 2017-ci ilin sentyabr ayında Dövlət Sosial Müdafiə Fonduna SOCAR tərəfindən 12 milyon 600 min manat vəsait köçürülüb. Cari ilin yanvar-sentyabr aylarında isə SOCAR tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 112 milyon 426 min manat təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 5 milyon 263 min manat və ya 4,9 faiz çoxdur.