Günel nişanlısından ayrılıb?


Şou-biznes 16 Okt 2017 12:40:00 421 0

Günel nişanlısından ayrılıb?

Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalovanın bacısı Müşərrəfin İstanbuldakı gözəllik salonunun açılış mərasiminə qatılıb. 

Son.az axşam.az-a istinadən xəbər verir ki, Günel gecədə media nümayəndələrinin suallarını cavablandırıb. 

Sənətçi telekanalların nişanlısı ilə bağlı "Nişanlılıq ərəfəsi çox uzun çəkdi. Hər şey yaxşıdır? Uzun müddət nişanlı qalanda arada problem olur" sözlərinə belə cavab verib və ayrılıq xəbərlərinə son qoyub:

"Allaha şükür hər şey yaxşıdır. Əgər qismətdə varsa, uzun çəkməsinin heç bir problemi olmamalıdır. Bu haqda çox danışmaq istəmirəm".