"Zövqsüz müğənniləri pul verib toylarına çağırırlar ki..."


Digərləri 16 Okt 2017 12:23:16 320 0

"Zövqsüz müğənniləri pul verib toylarına çağırırlar ki..."

Ötən gün ATV telekanalında yayımlanan "Atv maqazin onlarla" verilişinə müsahibə verən xalq artisti Azər Zeynalov maraqlı açıqlamaları ilə diqqət çəkib.

Son.az xəbər verir ki, güclü səs sahibi bayağı mahnılarla "qulaqları korlayan" müğənnilər və onları toylarına dəvət edənləri tənqid edib:

"Zövqsüz müğənniləri pul verib toylarına çağırırlar ki, bir az da zövqümüzü korla. Hamımız əl-ələ verib birlikdə mübarizə aparmalıyıq. Bilmirlər ki, əsl musiqi nədir. Biz birgə onları 3-5 ilə əsl musiqiyə gətirsək, o zövqü pozulmuş insanlar hamısı düzələcək. Pisliyə doğru getmək asandır. Çalışaq yaxşılığa doğru aparaq dinləyiciləri".