Erməni cüdoçu hərbi xidmətdən yayındığı üçün axtarışa verildi


Dünya 16 Okt 2017 12:27:00 365 0

Erməni cüdoçu hərbi xidmətdən yayındığı üçün axtarışa verildi

Rusiyanın Samara şəhərində yaşayan cüdoçu Artur Kroyan Ermənistan Silahlı Qüvvələrində hərbi xidmətdən yayındığı üçün axtarışa verilib.

Son.az report-a istinadən xəbər verir ki, Kroyan 2010-cu ildə Türkiyədəki dünya çempionatı ərəfəsində Ermənistanı təmsil etmək üçün vətəndaşlıq alıb.

Lakin o, Rusiya vətəndaşlığından imtina etməyib. Həmin vaxt cüdoçudan, pasportuna ölkəni tərk etməsi barədə möhür vurulmasından ötrü hərbi uçota durması tələb olunub. Lakin idmançı uçota durmaqdan boyun qaçırıb və hərbi xidmətini Rusiyada keçib. Bu zaman onun barəsində Ermənistan tərəfindən axtarış elan olunub.

Fevralın əvvəllərində Samara hava limanında həyat yoldaşını qarşıladığı vaxt aeroport əməkdaşları onunla Ermənistan hüquq-mühafizə orqanlarının maraqlandığını diqqətinə çatdırıblar. Hazırda idmançı Ermənistandakı qohumlarına baş çəkmək imkanından məhrum edilib. Məsələnin həlli üçün köməyi isə o, heç bir yerdən ala bilmir.