Mehriban Xanlarova "Maşın" şoudan getdi? VİDEO


Şou-biznes 16 Okt 2017 12:29:00 366 0

Mehriban Xanlarova "Maşın" şoudan getdi?  VİDEO

Dünən Akademik Milli Dram Teatrında "Çippolino" tamaşası oynanılıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, gənc rejissor Əlif Cahangirlinin hazırladığı tamaşa böyük maraqla qarşılanıb.

Maraq doğuran digər məqam isə hazırda "Maşın" şouda iştirak edən əməkdar artist Mehriban Xanlarovanın səhnəyə çıxması olub. O, albalı obrazını canlandırıb.

Rejissor Əlif Cahangirli əməkdaşımızla söhbətində bunları deyib: "Mehriban Xanlarova teatrımızın təcrübəli və sevilən aktrisalarındandır. Bildiyiniz kimi, hazırda "Maşın" şouda iştirak edir. Ancaq onun əsas iş yeri Akademik Milli Dram Teatrıdır. Ona görə də öncədən belə bir razılaşmamız oldu ki, tamaşalarda iştirak edəcək. Eyni zamanda, həmin şouda da iştirakı davam edir".