Xalq artisti 16 illik "yalan"ından danışdı


Digərləri 16 Okt 2017 12:30:00 255 0

Xalq artisti 16 illik "yalan"ından danışdı

"Atv maqazin onlarla" verilişinin müsahiblərindən biri xalq artisti Nisə Qasımova olub. 

Son.az xəbər verir ki, xalq artisti müsahibəsi zamanı 16 il yaşadığı "yalan"ından danışıb:

"16 il bir yalanla yaşamağa artıq insan alışır. Biri var dünyanın yalanlarının içində yaşayırsan, biri də var öz yalanının içində yaşayırsan. Biri də var ki, səni yalanlarla boğurlar. Əgər yalan dünyanın içində insan özünü tapırsa, özünü idarə edə bilirsə, özünün xoşagəlməz istəklərini boğa bilirsə, onda 16 il yox, 116 il yaşamaq olar".