"Real Madrid"in futbolçusu 3-cü dəfə ata olub


İdman 16 Okt 2017 12:14:00 287 0

"Real Madrid"in futbolçusu 3-cü dəfə ata olub

"Real Madrid"in yarımmüdafiəçisi Luka Modric 3-cü dəfə ata olub. Goal.az xəbər verir ki, 32 yaşlı havbekin qız övladı dünyaya gəlib. Modric oktyabrın 2-də doğulan qızı ilə fotosunu İnstagram-da paylaşıb. Ona Sofiya adı verilib. Modric 2010-ci ildən Venya Bosniçlə nikah bağlayıb. Həmin ilin iyununda cütlüyün İvan adlı oğlu, 2013-cü ildə isə Emanuel adlı qızı dünyaya göz açıb.