Gürcüstandan gələn avtomobildən 28 telefon çıxdı (FOTO)


Digərləri 16 Okt 2017 12:22:00 284 0

Gürcüstandan gələn avtomobildən 28 telefon çıxdı (FOTO)

Gürcüstandan gələn avtomobildə 28 mobil telefon aşkar edilib.

Bakı. Gürcüstandan gələn avtomobildə 28 mobil telefon aşkar edilib. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mitsubishi Pajero İO" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin salonunda, döşəmədə düzəldilən xüsusi saxlanc yerindən gömrük nəzarətindən gizlədilən 8 ədəd "Kgtel A310", 15 ədəd "JSYES 310", 5 ədəd "JSYES 1207T" markalı mobil telefonlar və həmin telefonlara aid 24 ədəd qutu aşkar edilib. Faktla bağlı araşdırma aparılır.