ABŞ Kommersiya Xidmətinin müşaviri: “Azərbaycanla ticarətin genişlənməsində maraqlıyıq”


Digərləri 16 Okt 2017 12:13:00 305 0

ABŞ Kommersiya Xidmətinin müşaviri: “Azərbaycanla ticarətin genişlənməsində maraqlıyıq”

ABŞ-ın Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq şəraitində ABŞ-la Azərbaycan arasında mövcud olan ticarət əlaqələrinin genişləndirilməsini təşviq edirik.

Son.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycanda səfərdə olan ABŞ ticarət missiyasına sədrlik edən ABŞ Kommersiya Xidmətinin region üzrə baş kommersiya müşaviri Bill Çaykovski deyib. O bildirib ki, Amerika-Azərbaycan Ticarət Palatası vasitəsilə Azərbaycana hazırda ən böyük ticarət missiyası gəlib: "ABŞ biznes təmsilçiləri tərəfindən Azərbaycana bu qədər marağın olmasından məmnunuq.

Ticarət missiyamıza 15 şirkət daxildir. Bu isə təxminən 30 iş adamı deməkdir. Bu biznes missiyasının məqsədi əlaqələr yaratmaq və nəqliyyat, kənd təsərrüfatı, İT kimi sahələrdə əməkdaşlığı inkişaf etdirməkdir. Bir neçə gün ərzində missiya nümayəndələri Azərbaycanda olacaq və çoxsaylı görüşlər keçiriləcək. Görüşlərdə mövcud əlaqələrin dərinləşməsi və genişlənməsi istiqamətində müzakirələr aparacaq".