Polşa XİN başçısının Azərbaycana səfərinin proqramı açıqlanıb


Siyasət 16 Okt 2017 12:05:01 347 0

Polşa XİN başçısının Azərbaycana səfərinin proqramı açıqlanıb

Onun səfər çərçivəsində azərbaycanlı həmkarı və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub

Polşanın xarici işlər naziri Vitold Vaşçikovskinin Azərbaycana səfərinin proqramı açıqlanıb.

Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, Vitold Vaşçikovski Azərbaycana oktyabrın 18-də  gələcək.

Onun səfər çərçivəsində azərbaycanlı həmkarı Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.