Bolqarıstanın Universitet Rektorları Şurasının sədri Bakı Ali Neft Məktəbində olub


Digərləri 16 Okt 2017 12:07:00 281 0

Bolqarıstanın Universitet Rektorları Şurasının sədri Bakı Ali Neft Məktəbində olub

Bolqarıstanın Universitet Rektorları Şurasının sədri Bakı Ali Neft Məktəbində olub.

Bakı. Bolqarıstan Respublikasında Universitet Rektorları Şurasının sədri və eyni zamanda, İvan Rilski adına Dağ-Mədən və Geologiya Universitetinin rektoru prof. Lyuben Totev və Bolqarıstan Respublikasının Azərbaycandakı səfirliyinin Konsulluq bölməsinin rəhbəri Kiril Apostolov Bakı Ali Neft Məktəbinin (BANM) qonağı olub. BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Universitetlər arası əməkdaşlığın və dostluğun yaradılması məqsədilə təşkil olunan görüşdə BANM-in tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov qonaqları Ali Məktəbin strukturu, fəaliyyəti və qısa müddətdə əldə etdiyi nailiyyətləri ilə tanış edib. Prof. Lyuben Totev BANM-də təhsil alan tələbələrin bilik səviyyələrinin statistik göstəriciləri ilə maraqlanaraq bu nəticələri çox yüksək qiymətləndirib. BANM və onun fəaliyyətinə böyük maraq göstərən qonaqlar gələcəkdə yarana biləcək birgə əməkdaşlığın müxtəlif sahələrindən danışıb. Göruşun sonunda qonaqlar Ali Məktəbi gəzərək onun fəaliyyətilə daha yaxından tanış olublar.