Miqrantlardan bezən Avstriya dünyanın ən gənc liderini seçdi: ifrat sağçı və radikal FOTO


Siyasət 16 Okt 2017 11:56:42 418 0

Miqrantlardan bezən Avstriya dünyanın ən gənc liderini seçdi: ifrat sağçı və radikal  FOTO

Avstriyada bazar günü keçirilmiş parlament seçkilərində qəlib gəlmiş mühafizəkar Xalq Partiyasının (ÖVP) lideri, ölkənin xarici işlər naziri Sebastian Kurz-un cəmi 31 yaşı var.

Hazırkı hökümət ÖVP ilə Sosial-Demokratlar partiyasının koalisiyası əsasında qurulub, həmin koalisiyada aparıcı rolu Sosial-Demokratlar partiyası oynayır.

Seçkiqabağı kampaniyanın gedişində əsas mövzu immiqrasiya məsələsi olub və son illər ərzində FPÖ-nün hakimiyyətə qayıdışı üçün hazırda ən əlverişli şərait yaranıb.

Dekabr ayında keçirilmiş prezident seçkilərində partiyanın namizədi Norbert Hofer 46% toplayaraq qələbə çalmağa yaxın olsa da, o, Yaşıllar partiyasının namizədi, 53% səs toplamış Alexander Van der Bellen-ə məğlub oldu.

Avstriyada budəfəki parlament seçkiləri 2015-ci ildə Avropaya böyük sayda sənədsiz miqrant və qaçqın axınının doğurduğu əndişə fonunda keçirilir.

Məhz həmin amil nəticəsində ötən ay Almaniyada keçirilmiş parlament seçkilərində sağçı qüvvələr parlamentdə yerlər qazana bilmişdi.

Avstriyada ölkə parlamentinin aşağı palatası olan Milli Şuraya keçirilmiş seçkilərdə ikinci yeri 27,6 faiz səslə ifrat sağçı Avstriya Azadlıq Partiyası (AAP) tutub. Avstriya Sosial-Demokrat Partiyası üçüncü yerdədir.

XİN başçısı Kurts AAP-la alyans yaratmaq və bu minvalla ölkə tarixi ilə yanaşı, Avropada ən gənc baş nazir olmaq niyyətindədir.

Avropa Parlamentinin sədri Antonio Tayani seçkilərdə qələbə münasibətilə Avstriyanın XİN başçısı Sebastyan Kurtsu təbrik edib.

Avstriya qanunvericiliyinə uyğun olaraq ölkə prezidenti Aleksander Van der Bellen 183 yerlik parlamentdə çoxluğa nail olmuş partiyanın sədrinə baş nazir səlahiyyətlərini verəcək. Bu səbəbdən də S.Kurts hökuməti formalaşdırmaq üçün koalisiya danışıqlarına başlayıb.

Avstriyanın vitse-kansleri, iqtisadiyyat naziri Raynhold Mitterlener Xalq Partiyasının sədri postundan istefa verəndən sonra S.Kurts bu təşkilatınq lideri olmuşdu.

27 yaşında dünyanın ən gənc XİN başçısı olan, indisə, 31 yaşında isə düyanın ən gənc baş naziri postuna yiyələnəcək Sebastyan Kurts Avstriyanın daxili və xarici siyasətində ciddi dəyişikliklərə başlamaq niyyətindədir.

İfrat sağçı, radikal Avstriya Xalq Partiyasının qələbə sirri sadədir.

Son 10 ildə ölkəni idarə etmiş Sosial-Demokrat və Xalq Partiyası koalisiyasından avstriyalılar usanıblar.

Bu ilin mayında Avstriya Xalq Partiyasının sədri postuna yiyələnmiş S.Kurts isə dərhal radikal sağçı mövqe tutdu. O, Avstriyaya miqrant axınını minimuma endirəcəyini, ölkədəki qaçqınlar və miqrantlar üçün müavinətlərlə yardımları mümkün qədər azaldacağını, Avstriyada 5 il yaşamamış əcnəbilərə heç bir müavinət verilməyəcəyini vəd edirdi.

S.Kurts habelə miqrantlar verilən aylıq sosial təminat müavinətinin məbləğinin 540 avroya salınacağını, miras verjisinin ləğv ediləcəyini, minimal aylıq əməkhaqqının 1500 avroya qaldırılacağını, illik gəliri 60 min avrodan az olanların ödədikləri gəlir vergilərinin minimuma endirəcəyini də deyib.

Ölkədə növbədənkənar parlament seçkilərinə də S.Kurtsun hakim koalisiyada tərəfdaşı olduğu Sosial-Demokrat Partiya ilə əməkdaşlıqdan imtina etməsindən sonra zərurət yaranmışdı.

Avstriyada 1980-cti ildən bəri bütün hökumətlər koalision olub.

Radikal sağçı, mühafizəkar Sebastyan Kurtsun qələbəsi əslində avropalıların ənənəvi partiyalardan usanmasının, habelə Almaniya və Fransada olduğu kimi, avstriyada da sosial-demokratiyanın böhranı ilə bağlıdır.

Orxan Hun Son.az