Azərbaycan və ABŞ arasında əmtəə dövriyyəsi artıb


Digərləri 16 Okt 2017 11:59:00 263 0

Azərbaycan və ABŞ arasında əmtəə dövriyyəsi artıb

Azərbaycan və ABŞ arasında əmtəə dövriyyəsi 2017-ci ildə artım nümayiş etdirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.

O qeyd edib ki, cari ilin 8 ayında ABŞ ilə əmtəə dövriyyəsi 416 milyon dollar təşkil edib. Bu, ötən ilin analoji dövrünün göstəricisini 7 faiz üstələyir.