Cəzadan sonra ilk kubok


İdman 16 Okt 2017 11:58:00 301 0

Cəzadan sonra ilk kubok

Qadağan olunmuşa maddə istifadə etməsi səbəbindən 15 aylıq yarışlardan uzaqlaşdırılan Mariya Şarapova dönüşündən sonra ilk kuboku Çində qazandı.

Goal.az xəbər verir ki, apreldə kortlara dönən rus ulduz Tianjindəki yarışın finalında Belaruslu Arina Sabayenkaya qalib gəlib. Bununla da, Şarapova 2015-ci ildə Romada keçirilən turnirdən sonra ilk çempionluğunu yaşayıb.

Karyerasında 36-cı kuboku qazanan Mariya WTA-nın növbəti reytinqində 57-ci pillədə yer alacaq.